big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Namiq Ələsgərov çempionatdan sonra bizim oyunçu olacaq”

08.04.2016 , 16:08

“Üç xal qazanmağı çox istəyirdik və bunu da bacardıq. “Kəpəz” yaxşı formadadır. Bu səbəbdən futbolçularımız nəticə üçün oynamağı bacardılar. Tək topla yox, topsuz da yaxşı oynadılar və rəqibin hücumlarının qarşısını aldılar”.

Korner.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 29-cu turunda “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, bu gün stadionda futbol ab-havası olduğunu bildirib:

“Şəhid olan əsgərlərimizi də unutmamışıq. Rəqibdən asılı olaraq öz oyunumuz haqda düşünürəm. Sadəcə bu görüşün ikinci hissədə futbolçular topla daha çox davranmağa başladı və bu da rəqibə çətinlik yaratdı. İstərdim ki, hər bir oyun bizə çətin olsun, sona qədər davam etsin. Demədim ki, bizdə hər şey idealdır. Avrokuboklara çox var. Həmiin turnirə çempionatdan fərqli hazırlaşmalıyıq. Rəqiblərə uyğun da hazırlaşmaq lazımdır. Namiq Ələsgərov 6 aylıq icarədədir. Çempionatdan sonra bizim oyunçudur. Futbol bir oyundur. Narazı qaldığım epizodlar var. Öz iradlarımı onlara bildirəcəm. Yaxşı futbolçu olmaq üçün sadə olmalısan. Mahirə ilk hissədə etirazlarım vardı. Rəqib sərt oynaya, hər hansı bir söz ata bilər. Gənc oyunçunun düşüncələri yalnız oyunda olmalıdır. Özümü heç bir komandadan üstün saymamışam. Ancaq meydanda üstün olmağa çalışmışam. Qarşımıza hər oyunda daha da artırmaq məqsədi qoymuşuq”.

“Özümüzü həmişə əsgərlərin yanında hiss edirik. Ancaq indi istəsək də alınmaz. Çünki köməyimiz onlara mane olmamaqdır. Ali baş komandan əmr verərsə, buna tabe olmalıyıq. Dualarımız onlarladır” – deyə, Q.Qurbanov bildirib.

Baş məşqçi sonda U-17 millimizə uğurlar arzulayıb:

“Həmişə futboldan kiçikdən böyüyə doğru deyilən bir termin var. Onlara uğur arzu edirəm. Bu gənclərin gələcəyi üçün daha da təcrübə olacaq və futbola marağı artıracaq. Orada azərbaycanlılar oynayacaq. Təbriz müəllimə və komandasına uğurlar arzulayıram. Stadion məsələsinə gəlincə, bu barədə danışıqlar gedir. Ehtiyac olsa, variant tapacağıq və burada oynamayacağıq”.

Son yazılar

To Top