Namik Ələskərov: “Sevinirəm ki, qələbədə mənim də payım oldu”
07.04.2019 , 10:45

“Neftçi”nin futbolçusu Namik Ələskərov “Zirə” ilə oyunu dəyərləndirib.
Yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında 4:2 hesablı qələbədə pay sahibi olduğu üçün sevincini gizlətməyib:
“Asan oyun olmadı. Meydana daxil olandan dərhal sonra komandamızın üçüncü qolunu vurdum. Buna görə çox şadam. Bir az əvvəl qol buraxmışdıq. Buna görə də oyunun tərzi dəyişməliydi. Bu mənada əvəzetmə yerinə düşdü. Əsas odur qələbə qazandıq. Sevinirəm ki, bunda mənim də payım oldu”.
