Namik Ələsgərovun komandası “Ümraniyespor”a məğlub oldu
16.12.2021 , 17:36

Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin üzvü Namik Ələsgərovun formasını geyindiyi “Bursaspor” “Ümraniyespor”un qonağı olub və 1:4 hesabı ilə uduzub.
O, meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.
Hazırda aktivində 18 xal ı olan “Bursaspor” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Namikin hesabında isə 4 qol var.
