“İnter” “Roma”nın futbolçusu Raca Nainqqolanı transfer edib.
Belçikalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2014-cü ildən “Roma”da çıxış edirdi. O, paytaxt klubunun heyətində meydana çıxdığı 138 oyunda 26 qol vurub.
