Ukrayna Premyer Liqasında mövsümün sonuncu – 32-ci turunun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Dmitri Nağıyevin formasını geyindiyi “Dnepr” doğma meydanda “Volın”la qarşılaşıb.
Görüş vaxtından əvvəl dayandırılıb. İkinci hissə başlayan kimi azarkeşlərin çoxsaylı pirotexniki vasitələrdən istifadə etməsi matçı davam etdirməyə imkan verməyib. Bu üzdən də hakim oyunu “Dnepr” 1:0 öndə olarkən dayandırıb.
Start heyətdə meydana çıxan Nağıyev qarşılaşma dayandırılana qədər oynayıb.
