Nağıyevin komandasından heç-heçə
26.10.2020 , 19:34

Moldova çempionatında XVI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” səfərdə “Zimbru” ilə heç-heçə edib – 0:0.
Nağıyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib.
16 turdan sonra 20 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
