Nağıyevin komandasından doğma meydanda qələbə
21.11.2020 , 19:02

Moldova çempionatında XIX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin çıxış etdiyi “Dinamo-Avto” doğma meydanda “Floreşti” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Nağıyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Dinamo-Avto” 27 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
