Nağıyevin komandası səfərdə darmadağına üzüldü
27.07.2020 , 17:11

Moldova çempionatında VI turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin çıxış etdiyi “Dinamo-Avto” səfərdə lider Tiraspol “Şerif”i ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:6.
Nağıyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
Qeyd edək ki, “Dinamo-Avto” 9 xalla 5-ci pillədə qərarlaşıb.
