Nağıyev üçün 90 dəqiqə və 1 xal
30.11.2020 , 18:19

Moldova çempionatında XXI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” doğma meydanda “Buyukani” ilə heç-heçə edib – 1:1.
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Dinamo-Avto” 29 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
