Nağıyev Moldova çempionatının tarixinə düşdü
04.07.2020 , 15:45

Moldova çempionatında yeni mövsümə start verilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” ilk turda “Floreşti”ni 3:1 hesabı ilə məğlub edib.
Nağıyev də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu sondək mübairzə aparıb. Komandasının ilk qolunu da o vurub. Nağıyev 39-cu dəqiqədə fərqlənməklə həm də Moldova çempionatında yeni mövsümün ilk qolunun müəllifinə çevrilib.
