"Fiorentina"nın "Yuventus"a necə çətin anlar yaşatdığını bilirdik. Lakin biz onları məğlub etmək istəyirdik və bunu da bacardıq".
Korner.az-ın "itasportpress"-ə istinadən verdiyi məlumata görə, bu sözləri İtaliyanın "İnter" klubunun futbolçusu Yuto Nagotomo deyib.
Yapon futbolçu Bakıdakı "Neftçi" ilə oyundan və "Milan"la derbidən danışıb:
"İndiz bizi qarşıda Avropa Liqasının oyunu gözləyir. Bizi qarşıda cümə axşamı "Neftçi", sonra isə "Milan"la oyun gözəyir. Bu oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq".