Məşhur tennisçi Rafael Nadal İspaniya çempionatının 36-cu turunda “Valensiya” ilə (2:2) qarşılaşmada İker Kasilyasın çıxışına fikrini bildirib.
Korner.az-ın məlumatına görə, o, bunları bildirib:
“İker buraxılan qollarda günahkar deyil. Məncə, azarkeşlər çox tələbkardırlar. Kriştiano Ronaldo, Zidan və İker Kasilyas kimi futbolçular klub üçün çox şeylər ediblər. Onlar fitə basılmamalıdır. Bu heç-heçə demək olar ki, “Barselonanı” çempion edir. Onları təbrik etmək lazımdır”
