Naçonun yeni klubu məlum oldu – Rəsmi
27.06.2024 , 17:55

“Real”dan ayrılan Naço Fernandesin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, ulduz futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Naço bundan sonra “Əl-Qadsia” klubunda çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla müddəti 2026-cı ilin yayına kimi olan müqavilə imzalanıb.
