“Nəticənin yaxşı olmamasına hava şəraiti təsir etdi”
24.12.2020 , 19:11

“Sumqayıt”ın məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının XIII turunda evdə “Sabah”a məğlub olduqları oyunu şərh edib.
Korner.az xəbər verir ki, mütəxəssis oyunla bağlı bunları deyib:
“Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, ili qələbə ilə başa vuraq. Nəticənin yaxşı olmamasına bir az da hava şəraiti təsir etdi. Buna baxmayaraq, komanda meydanda son dəqiqəyə qədər mübarizə apardı. Futbolçularımıza təşəkkür edirəm”.
