“Nəticə üçün döyüşəcəyik”
12.10.2020 , 22:29

Kipr millisinin baş məşqçisi Yohan Valem Millətlər Liqasının qrup mərhələsinin IV turunda sabah Azərbaycan yığmasına qarşı matç barədə danışıb.
Korner.az xəbər verir ki, mütəxəssis bunları deyib:
“Sabah yaxşı bir komandaya qarşı oyunumuz var. Ancaq komandama və istədiyimiz oyunu göstərəcəyimə inanıram. Başa düşürəm ki, hər kəs – komanda, texniki heyət, federasiya rəhbərliyi, azarkeşlər ən qısa zamanda yaxşı nəticələr qazanmağımızı istəyir. Nəticə üçün döyüşəcəyik. Komandamız heç vaxt meydana neqativ fikirlərlə çıxmır”.
Albaniyadakı “Elbasan Arena”da keçiriləcək Azərbaycan – Kipr matçı sabah saat 20:00-da start götürəcək
