"Mançester Siti" rəhbərliyi komandanın fransız yarımmüdafiəçisi Samir Nəsri ilə olan müqaviləsini yenilədiyi barədə xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, 27 yaşlı futbolçunun "şəhərlilər"lə yeni sözləşməsi 2019-cu ilə qədər nəzərdə tutulub.
Daha öncə mərkəz oyunçusunun yeni müqaviləyə əsasən məvacibinin azaldılacağı məlum olmuşdu. Həftədə 200 min avrodan 150 min avroya qədər endirilən maaş futbolçunun inamsız çıxışı ilə əlaqələndirlir. Bu da UEFA-nın maddi feyr-pleyin qanunun pozulması deməkdir. Buna görə də, Nəsrinin klub tərəfindən müəyyən bonuslarla mükafatlandırılması gözlənilir.
