İspaniya seçməsinə məğlub olan Fransanın yarımmüdafiəçisi Samir Nəsri oyundan sonra jurnalistlərlə davaya çıxmaq istəyib.
Korner.az-ın məlumatına görə, müxbirlərə açıqlama vermək istəməyərək, komanda avtobusuna doğru gedən Nəsri daha sonra, hansısa əşyasının paltardəyişmə otağında qaldığını görüb. Elə söz söhbətlər də bundan sonra başlayıb.
Bir jurnalistin verdiyi suala söyüşlə cavab qaytaran futbolçu, onu stadionun kənarına təkə-tək söhbət etməyə dəvət edib. "Mançester Siti"linin bu ifadəsi yaddaşlarda qalıb: "Haqqımda q….ə hekayələr yazıb uydurursunuz! Gəl bu məsələni çöldə həll edək".
