Nəriman Abbasov məğlub oldu
07.09.2022 , 10:38

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov Las-Veqasda (ABŞ) “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb.
Korner.az xəbər verir ki, 28 yaşlı idmançı braziliyalı İsmael Bonfimlə qarşılaşıb. Döyüş Abbasovun məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan döyüşçüsü bununla da karyerasında 4-cü məğlubiyyətini alıb.
