Azərbaycan Premyer Liqasında 13-cü turun oyun cədvəli açıqlanıb.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, oyunlardan ikisi bazar günü, digər ikisi isə bazar ertəsi keçiriləcək.
23 noyabr (bazar)
“Qəbələ” – “Simurq”
Qəbələ şəhər stadionu, 17:15
“Qarabağ” – AZAL
Tofiq Bəhramov adına Respublika stadionu, 15:15
24 noyabr (bazar ertəsi)
“Xəzər Lənkəran” – “Neftçi”
“Dalğa Arena”, 17:00
“Sumqayıt” – “Bakı”
“Kapital Bank Arena” stadionu, 17:00
