UEFA nəhayət ki, azərbaycanlı hakimə rəsmi oyunlarda təyinat verdi. Korner.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanlı FİFA referisi Anar Salmanov 2014-cü il dünya çempionatının seçmə qrup matçına təyinat alıb. 32 yaşlı hakimimiz Çexiya – Malta matçına baş hakim kimi təyinat alıb.
Hələlik onun köməkçiləri müəyyənləşməyib. Qarşılaşma oktyabrın 12-də baş tutacaq.
Qeyd edək ki, uzun müddətdir ki, azərbaycanlı hakimlər əsas yığmalar səviyyəsində rəsmi oyunda baş hakim olmurdular.
