Milli komandamız DÇ-2018-in seçmə mərhələsində son oyununda səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzub. Yığmamızın heyətində yeganə qolub Ramil Şeydayev vurub.
Bu Şeydayevin yığmada ilk qolu olub. Ötən ildən etibarən yığmamızda top qovan forvard bununla bağlı “facebook” səhifəsində paylaşım edib:
“Nəhayət ki, milli komandam üçün ilk qolumu vura bildim. Təəssüf ki, komandanın vuruşmağına baxmayaraq, böyük hesabla məğlub olduq. Dəstəyiniz üçün hamımıza təşəkkür edirəm!”
