big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Nədən nARAZısız? (YAZI)

05.11.2014 , 21:45

“Araz Naxçıvan”FK yenə vurdu da aləmi bir-birinə. Oxucuda sual yaranması normaldır, bəs abreviaturada “peşəkar” sözünün qısaltması (P) hara yoxa çıxdı? Xeyr, bu, texniki səhv deyil. Normal büdcəsi olmayan, strategiyası qeyri-müəyyən qalan, qalaq-qalaq buraxdığı topların günahını onda-bunda axtaran bir kluba “peşəkar” demək futbola ən böyük ədalətsizlikdir…

Yenə çempionatdan ayrılmaq istəyirlər. Deyəsən, bu dəfə ictimaiyyətlə “məzələnmirlər” , fikirləri qətidir ki, bəyanatı hansısa sosial şəbəkə vasitəsilə yox, klub saytından vermək cəsarətini özlərində tapa bildilər. Bəyanatı oxuduqdan sonra onun absurd və bəhanədən başqa bir şey olmadığını anlamaq o qədər də çətin deyil. Harda görünüb ki, hakim səhvinə (və ya onların dediyi kimi, qərəzinə) görə çempionatdan imtina etsinlər?! Hər mübahisəli epizoda görə çempionatdan çıxmaq lazımdırsa, onda onu birdəfəlik keçirməyək, PFL, Hakim-İnspektorlar və Hakimlər Komitəsinin işinə xitam verək də. Elə bir situasiya yaradıblar ki, sanki Ramin Musayevlə Xaqani Məmmədovun işi-gücü qurtarıb, bütün dərd-sərləri “Araz Naxçıvan”ı gözüm-çıxdıya salmaqdı. Ya onlar özlərini həddindən artıq önməli, ya da bu qurumları həddindən artıq önəmsiz hesab edirlər. Yəqin, hər oyundan əvvəl Xaqani Məmmədov da  yetirmələrinə göstəriş verir ki, “Araz”ı uduzdurmasaz gözümə görsənməyin!”. Yəni siz həqiqətən özünüzü buna inandırmışdız? 10 oyundan 8-ni uduzduran da bu qurumdur?  Mübahisəli epizodlar olmasaydı, “Qarabağ”məğlub edəcəkdiz də, hə? Həm də sözü ortaya atıb, yaxanı kənara  çəkməklə kənara deyil. İddia etdiyiniz kimi qərəz varsa, konkret sübut göstərmək lazımdı, əzizlərim. Lap tutaq ki, elədir, bunun çarəsi Premyer Liqadan imtina etməkdi?  Bu ölkədə qayda-qanun yoxdur, bəyəm? Qardaşım, futbolda hakim səhvi (yaxşı siz deyən olsun qərəzi) tarix boyu olub və olacaq da. Küsəyən uşaqlar kimi “topumu verin, daha oynamıram” deməklə olmur bu işlər. Əgər çempionatın məsuliyyətini və ağırlığını dərk edə bilməyəcəkdizsə, əvvəldən heç bu liqada çıxış etməyə qol qoymazdız. Nələrə səbəb olacağınızın fərqindəsiz? Sizin şıltaqlığınıza görə PFL çempionatın təqvimini yenidən hazırlamalı, Premyer Liqa çətin və dünya praktikasında, demək olar ki, sınaqdan keçirilməmiş 9 komandalı formatda keçirilməli olacaq. Bu digər klublara və onların əməyinə açıq-aşkar hörmətsizlikdir.

Səbəb başqadır. Klub pul tapa bilmir! Komandanın aylıq büdcəsi cəmi 32 min (!!!) manatdır. Ortabab klublardan birinin 2 turluq səfər xərcinə bərabər vəsaitlə həm maaşlar ödənməli, həm də ev və səfər matçlarına çəkilən xərc qarşılanmalıdı. Üstəlik, ənənəvi “milli-mənəvi dəyər”lərimizdən olan “əlqap etməyi” də buraya əlavə etsək… 
Komandanın mövsümöncəsi hazırlığı gec və keyfiyyətsiz baş tutdu, heyətə səviyyəli oyunçu cəlb olunmadı.  

Mövsümün başlamasına 2-3 həftə qalmış təlim-məşq toplanışına yollanan komandadan nə gözləmək olardı ki? Birinci Diviziondakı uğur klubun başının yastıq qoymuşdu, ilk turda “Neftçi”nin ikinci heyəti üzərində qazanılan qələbə isə onları daha da rahatlaşdırdı, “bu heyətlə rahatca Avropa Liqasına gedə bilərik” fikrinə zəmin yaratdı. Xatırlayırsızsa, təxminən 20 gün öncə baş məşqçi Əsgər Abdullayevə də bu haqda sual ünvanlamışdıq: ”Naxçıvanda heç bir şeyə məsuliyyətsiz yanaşmaq söhbəti yoxdur. Yenə deyirəm ki, əgər təzə, gənc futboçulardan  söhbət edirsənsə, onlara vaxt lazımdır. Bu cür sualların cavabını mən vermişdim”.

Əslində isə vaxt “Araz Naxçıvan”nın lehinə yox, əleyhinə idi. Məğlubiyyətlər sıralandıqca, rəhbərlik öz eyiblərini örtmək üçün günahı onun-bunun üstünə atmağa başladı. Komandanı gücləndirmək əvəzinə, olan-qalan futbolçular da qovuldu. Mövsüm başlayandan 7 nəfər şələ-şüləsini yığıb, evinə qayıdıb. Bunun da səbəbi artıq məlumdur. İddia olunur ki, həmin futbolçuların əksəriyyətinin maaşları az olmaqla bərabər, vaxtlı-vaxtında ödənilmir, cəza adı ilə kəsilir. Naxçıvan kimi sərt inzibati sistemli malik yerdə 500-1000 manat qarşılığında top qovmağın çətinliyini yəqin ki, siz də anlayırsız. Hələ ev oyunlarının keçirildiyi arenanın bərbad durumunu demirəm. Saralmış ot örtüyü və klub strategiyası kimi əyri-üyrü çəkilmiş xətlərə malik stadionla ancaq Həvəskarlar Liqasında çıxış etmək olar. İşlərinin üstünün açıldığını görən Orxan Cabbarovun simasında “batan gəmini birinci tərk edən kapitan”ı görmək olardı.

Son anda, növbəti qərar dəyişikliyi olmasa, daha bir klubumuzun tarixin yaddaşına köçdüyünü deyə bilərik. Bəs bundan ən çox əziyyət çəkən kimlər olacaq? Təbii ki, azarkeşlər. Blokada vəziyyətində yaşayan yerli əhali ni “böyük futbol” çox erkən tərk etdi. Təkcə, onu qeyd etmək kifayətdir ki, “Araz Nazçıvan”ın son 4 ev matçına üst-üstə 23300 azarkeş gəlib (orta hesabla hər oyuna  5825 nəfər). Həmkarlarımdan birinin bu yaxınlarda yazdığı kimi, “Bu gün ilk pillədə gedən azarkeşsiz “İnter”dənsə,  bizə son pillədə gedən azarkeşli “Araz Naxçıvan” lazımdır”.
“Araz Naxçıvan” həm də klubun  kreslosu olub,işi olmayanlara lazım idi. Pul yemək üçün…

Ürfan Məmməd

Son yazılar

To Top