Nəcəfi “Sabah”da
05.02.2019 , 16:42

“Sabah” heyətini yeni qapıçı ilə gücləndirib.
Əmirhüseyn Nəcəfi bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq. 22 yaşlı qapıçı ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb.
Tehran “İstiqlal”ının yetirməsi olan Əmirhüseyn, karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə U-21 millimizə də dəvət alıb.
