Nəbiyevli “Viktoriya”dan xal itkisi
26.06.2020 , 16:11

Çexiya II Liqasında XXVI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” öz meydanında “Prosteyov”la qolsuz heç-heçəyə razılaşıb – 0:0.
Fəird matçın 46-cı dəqiqəsində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Viktoriya Jijkov” hazırda 46 xalla 4-cü pillədə qərarlaşıb.
