Nəbiyevli “Viktoriya”dan səfərdə heç-heçə
22.06.2020 , 15:57

Çexiya II Liqasında XXV turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijkov” “Vişehrad”la qolsuz heç-heçəyə razılaşıb – 0:0.
Fərid bə bu matçın iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana çıxıb.
Hazırda “Viktoriya Jijkov” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
