Nəbiyevli “Viktoriya”dan səfər heç-heçəsi
24.04.2021 , 14:57

Çexiya II Liqasında XX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) səfərdə “Lisen”lə heç-heçə edib – 1:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
20 turdan sonra 27 xala malik “Viktoriya” 8-ci pillədə qərarlaşıb. Jijkovluların ehtiyatda da bir oyunu var.
