Nəbiyevli “Viktoriya”dan məğlubiyyət
16.11.2020 , 16:32

Çexiya II liqasında VIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) öz meydanında “Trineç”lə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.
Fərid də bu görüşün iştirakçısı olub. O, 66-cı dəqiqədə meydana çıxıb.
“Viktoriya” 12 xalla 4-cü pillədə qərarlaşıb
