Nəbiyevli “Viktoriya” səfərdə məğlub oldu
08.11.2020 , 14:05

Çexiya II liqasında VII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) səfərdə “Usti nad Labem”ə uduzub – 1:2.
Fərid də bu görüşün iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.
7 turdan sonra 12 xala malik “Viktoriya” 4-cü pillədə qərarlaşıb.
