Futbol

Nəbiyevli “Viktoriya” doğma meydanda uduzdu

29.11.2020 , 14:19

Çexiya II Liqasında X turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) doğma meydanda Praqa “Dukla”na məğlub olub – 0:2.

Fərid də bu görüşün iştirakçısı olub. O, 85-ci dəqiqədə meydana buraxılıb.

10 turdan sonra 18 xala malik “Viktoriya” 3-cü pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı