Nəbiyevli “Slaviya” səfərdə məğlub oldu
03.11.2019 , 14:19

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, komanda XIII turda səfərdə “Pisek”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Fərid də görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Futbolçumuz bu oyunda fərqlənə bilməyib.
