Nəbiyevin komandasından heç-heçə
28.04.2022 , 17:56

Çexiya II divizionunda XXVI turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” “Opava”nı qəbul edib. Görüş 2:2 hesablı sona çatıb.
Nəbiyev bu görüşdə iştirak etməyib. Onun adı oyununun iştirak ərizəsinə də daxil edilməyib.
“Viktoriya” hazırda 14 xalla 16 komanda arasında 16-cı pillədə qərarlaşıb.
