Nəbiyevin komandası səfərdə uduzdu
02.05.2022 , 16:47

Çexiya II Liqasında XXVI turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijkov” səfərdə “Jihlava” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsiylə sona çatıb.
Nəbiyev bu matçda iştirak etməyib. Onun adı oyununun iştirak ərizəsinə daxil edilməyib.
“Viktoriya” hazırda 14 xalla 16 komanda arasında turnir cədvəlində sonuncu – 16-cı pillədə qərarlaşıb. Komandanın mövsümün sonunda aşağı liqaya düşəcəyi artıq dəqiqləşib.
