Nəbiyev yeni mövsümdə ilk qolunu vurdu
18.08.2019 , 17:24

Çexiyanın U-21 liqasında 2-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin futbolçusu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” “Eden Arena”da “Vltavin”i qəbul edib və 4:1 hesablı qələbə qazanıb.
Fərid start heyətdə yer alıb və 87-ci dəqiqədə əvəzlənib. Nəbiyev 58-ci dəqiqədə komandasının sonuncu qolunu vurub.
