Nəbiyev vurdu, komandası qalib gəldi
07.06.2020 , 12:36

Çexiya II Liqasında XXI turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijek” öz meydanında “Visen”i 2:1 hesabı ilə məğlub edib.
Fərid bu matça start heyətdə başlayıb. 37-ci dəqiqədə hesabı açaraq komandasının qələbəsində böyük pay sahibi olan oyunçu 81-ci dəqiqədə əvəzlənib.
“Viktoriya Jijkov” 38 xalla olan 4-cü sırada qərarlaşıb.
