Futbol

Nəbiyevin komandası səfərdə uduzdu

15.05.2021 , 16:45

Çexiya II Liqasında XXIV turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) səfərdə “Jihlava”ya məğlub olub – 2:3.

Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 60-cı dəqiqədə əvəzlənib. O, 30-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

24 turdan sonra 36 xala malik “Viktoriya” 4-cü pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı