Nəbiyev “Sparta”ya qol vurdu
27.03.2021 , 16:59

Çexiyanın “Viktoriya” (Jijkov) klubu yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi komanda Praqa “Sparta”sı ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Komandasının yeganə qolunu da ilk hissədə Nəbiyev vurub.
