Futbol

Nəbiyev qələbəni kənardan izlədi

03.05.2021 , 17:08

Çexiya II liqasında XXI turdan təxirə salınmış oyunlar keçirilib.

Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) doğma meydanda “Varnsdorf”a qalib gəlib – 1:0.

Fərid bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

21 turdan sonra 30 xala malik “Viktoriya” 8-ci pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı