Dünya Futbolu

Nəbiyev oynamadı, “Slaviya” 5 qol vurdu

14.05.2019 , 11:53

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 7-ci turunun oyunları keçirilib.

Belə ki, Azərbaycanın U-21 millisinin üzvi Fərid Nəbiyevin şərəfini qoruduğu “Slaviya”da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Yablonets” lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda qələbə ilə ayrılıb-5:1
İştirak etdiyi 25 oyunda vurduğu 19 qolla komandasının ən məhsuldar futbolçusu olan Nəbiyev bu görüşdə meydanda olmayıb.

Qeyd edək ki, “Slaviya”nın U-21 komandası hazırda 16 xalla 10 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı