Nəbiyev iki qol vurdu, komandası qalib gəldi
09.05.2021 , 13:17

Çexiya I Divizionunda XXIII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” öz meydanında turnir cədvəlindəki əsas rəqiblərindən olan “Vlasim”lə qarşılaşıb. Görüş Jijkov təmsilçisinin qələbəsi ilə başa çatıb – 3:1.
Fərid də bu matçın iştirakçısı olub. Start heyətdə meydanda çıxan gənc oyunçu 78-ci dəqiqədə əvəzlənib. Komandasına qələbə qazandıran qolları da Nəbiyev vurub. O, 21 və 37-ci dəqiqələrdə fərqlənib. Daha bir qol isə 90+5-ci dəqiqədə vurulub.
Bu qələbə sayəsində xalını 36-ya çatdıran “Viktoriya” turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
