Nəbiyev Çexiyada növbəti dəfə fərqləndi
12.08.2020 , 16:56

Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi Çexiyanın “Viktoriya Jijkov” klubu yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, komanda “Vısotsina” ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının qələbəsi ilə bitib – 3:1.
Fərid də bu görüşün iştirakçısı olub. Gənc oyunçu 14-cü dəqiqədə matçda hesabı açıb.
