Nəbiyev Çexiyada klubunu dəyişdi
12.01.2020 , 00:09

“Slaviya”da çıxış edən Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Çexiyada klubunu dəyişib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi II Liqa təmsilçisi “Viktoriya Jijkov”a keçib. O, yeni klubu ilə 2,5 illik müqavilə bağlayıb.
O, “Çeske Budeyovitse” ilə keçirilən yoxlama görüşündə debüt edərək het-trikə imza atıb. Qarşılaşma “Viktoriya Jijkov”un 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Viktoriya Jijkov”da “Qəbələ”nin digər yetirməsi Samir Qurbanov da çıxış edir.
