PFL-in prezidenti Ramin Musayev Avropa Liqasında eyni gündə 3 klubumuzun mərhələ adlamasına münasibət bildirib.
Korner.az-ın məlumatına görə, qurum başçısı klublarımıza inandığını bildirib:
“Avrokuboklardakı komandalarımıza inanıram. Rəqib güclüdüsə, biz də bizik. Nə olub ki, bizə?! Açıq deyək ki, keçən il qrupa komandamızın düşəcəyini heç kim ehtimal etmirdi. Bu il iki komandamız bizi sevindirəck.
