Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 21-ci əsr üçün dünyanın min ən yaxşı klubunun siyahısını açıqlayıb.
Korner.az-ın məlumatına görə, siyahıda ölkəmizi 5 klub təmsil edir. Lakin 5 klubumuzdan heç biri ilk 500-lüyə belə düşməyib.
Ən yaxşı göstərici "Neftçi"yə aiddir. "Ağ-qaralar" 512,5 xalla 529-cu yeri tutur. Sonrakı "dordlüyümz" isə belədir:
615. “Qarabağ” – 462,5
765. “Bakı” – 375,5
805. “İnter” – 354,0.
839. “Xəzər Lənkəran” – 344,0
