"Qəbələ" klubu Antalyada hazırlıqlarını davam etdirir.
Korner.az–ın məlumatına görə, hazırlıq çərçivəsində baxışda olan futbolçulardan ikisi bəyənilmiyib. Bu futbolçular bir neçə gün öncə baxışa gələn Fərhad Qıstarov və Fuad Heydərovdur. Hər iki futbolçunun çıxışı Ramiz Məmmədovu razı salmayıb.
Qeyd edək ki,komandada baxışda olan serbiyalı Nikola Valentiçlə münasibətlər rəsmiləşmək üzrədir.