“Mançester Yunayted”in futbolçusu Sinji Kaqava karyerasını “Borrusiya”da davam etdirəcək.
Korner.az-ın məlumatına görə, Kaqava Dortmund təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. “Borrusiya”nı ailə kimi hesab edən Kaqava sevincini: “Məni unutmadıqlarına və yenidən bu ailəyə qoşulduğuma görə çox xoşbəxtəm”, – sözləri ilə ifadə edib
Qeyd edək ki, Kaqava daha öncə də “Borrusiya”da forma tərlədib
