“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldonun “Mançester Yunayted”ə dönüşü baş tuta bilər.
Korner.az-ın məlumatına görə, “mankunianlar” portuqaliyalı hücumçudan əl çəkmirlər.
Yayda yeni transferlərə astronomik məbləğ ayırmağı düşünən “qırmızı şeytanlar”ın bossları Ronaldo üçün xüsusi büdcə ayırıblar. Belə ki, ingilislər onu qaytarmaq üçün “Real”a 110 milyon avro təklif etmək fikrindədilər. Bu mövsüm “Real”da özünü heç də əvvəlki kimi xoşbəxt saymayan Ronaldo adaya qayıtmağa razılıq versə, illik məvacibi 20 milyon avro olacaq.
