Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə keçiriləcək oyun üçün Bakıya gələn Dortmund “Borussiya”sı erməni futbolçusu Henrik Mxitaryanı Bakıya gətirməyib.
Korner.az-ın məlumatına görə, 26 yaşlı futbolçu artıq Bakıya yola düşən Dortmund təmsilçisinin təyyarəsində yer almayıb.
Almaniya klubunun rəhbərliyi təhlükəsizlik səbəbindən erməni futbolçunu bura gətirməyi lazım bilmədiyini qeyd edib.
Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Borussiya” oyunu saat 20:00-da başlayacaq.
