Amerika Kubokunun başa çatmasından sonra Lionel Messi stadion açılışında iştirak etmək üçün Qabona səfər etdiyi məlum idi.
Korner.az-ın məlumatına görə, bu səfər ölkənin müxalifəti tərəfindən hədəfə alınıb.
Ölkə prezidenti Ali Bonqo Ondimbadan 3,5 milyon avro aldığı üçün tənqid olunan argentinalı ulduz bu dəfə geyiminə görə hədəfə çevirilib.
Qabonda fəaliyyət göstərən müхalifət partiyası UPG onun dövlət rəhbərlərinin qarşısına idman geyimində çıхmasını tənqid edib:
“Sən Lionel Messisənsə, milyonersənsə “banan respublikası” olsa belə dövlət rəhbələrinin qarşısına şortla, əllərin cibində çıхa bilməzsən. Qabon bir ölkədi, zoopark deyil. Argentinada Qabonun necə təqdim olunduğunu bilmirik”
