Mutunu yenə qovdular
18.03.2025 , 10:45

Rumıniyanın “Petrolul” klubu baş məşqçi Adrian Mutu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, 2024-cü ilin dekabrından “Petrolul”a rəhbərlik edirdi. Onun komandada işi cəmi 3 ay çəkib.
Xatırladaq ki, Mutu 2023/24 mövsümündə “Neftçi”ni çalışdırıb.
