Mustafayevin yeni klubu
27.06.2023 , 12:03

Azərbaycanın U-21 yığmasının üzvü Emil Mustafayevin yeni klubu rəsmiləşib.
Korner.az xəbər verir ki, o, karyerasını “Polissya”da davam etdirəcək.
Bu barədə Ukrayna təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.
